Baş Prokurorluq beynəlxalq tədbirdə təmsil olunub - FOTOLAR

Baş Prokurorluq beynəlxalq tədbirdə təmsil olunub - FOTOLAR
13.10.2026 10:20 Tədbirlər

Cari ilin 8-9 oktyabr tarixlərində Azərbaycan Respublikasının Baş prokurorun birinci müavini Elçin Məmmədovun rəhbərliyi ilə Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova və Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlidən ibarət nümayəndə heyəti Türkiyə Respublikasının Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə İstanbul şəhərində keçirilən Beynəlxalq Ədalət Zirvəsi (“International Justice Summit Istanbul 2026”) adlı tədbirdə iştirak edib.

Baş Prokurorluqdan TodayPres TV-yə bildirilib ki, 30-dan artıq ölkədən ədliyyə nazirlərinin, prokurorların, hakimlərin, hüquq sahəsində ekspertlərin və beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı Zirvədə müasir dövrdə ədalət mühakiməsi qarşısında duran çağırışlar, hüququn aliliyinin təmin olunması, insan hüquqlarının müdafiəsi və beynəlxalq hüquqi əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib.

Tədbir çərçivəsində təşkil olunan panel müzakirələrində beynəlxalq humanitar hüququn tətbiqi, kibercinayətkarlıqla mübarizə, süni intellektin hüquq sistemlərinə təsiri, ədalət mühakiməsinin rəqəmsallaşdırılması və digər aktual mövzular ətrafında fikir mübadiləsi aparılıb.

FOTOLAR

Baş Prokurorluq beynəlxalq tədbirdə təmsil olunub - FOTOLAR — 1
Baş Prokurorluq beynəlxalq tədbirdə təmsil olunub - FOTOLAR — 2
Baş Prokurorluq beynəlxalq tədbirdə təmsil olunub - FOTOLAR — 3
Baş Prokurorluq beynəlxalq tədbirdə təmsil olunub - FOTOLAR — 4
Baş Prokurorluq beynəlxalq tədbirdə təmsil olunub - FOTOLAR — 5
XƏBƏR LENTİ
13 OKTYABR 2026
Bütün Xəbərlər