İğdırda Beynəlxalq Qafqaz Konqresi işə başlayıb - FOTO

İğdırda Beynəlxalq Qafqaz Konqresi işə başlayıb - FOTO
24.11.2026 12:46 Tədbirlər

Noyabrın 24-də Türkiyənin Iğdır şəhərində “Beynəlxalq Qafqaz Konqresi: İpək Yolunun Dirçəlişi” mövzusunda beynəlxalq tədbir öz işinə başlayıb.

TodayPress TV xəbər verir ki, İğdır Universitetinin təşəbbüsü ilə təşkil olunan iki günlük tədbirdə müxtəlif ölkələrdən siyasi partiya nümayəndələri, diplomatlar, elm xadimləri və ekspertlər iştirak edirlər.

Türkiyə Ticarət Nazirliyinin dəstəyi ilə keçirilən konqresdə Zəngəzur Dəhlizinin iqtisadi və ticari töhfələri və İğdırın strateji mövqeyi müzakirə olunur.

Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov Prezident İlham Əliyevin konqres iştirakçılarına müraciətini oxuyub.

Daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mesajı səsləndirilib.

İğdır Mədəniyyət Mərkəzində təşkil olunan müzakirələrdə çıxış edən İğdır Universitetinin rektoru Ekrem Gürel qeyd edib ki, Zəngəzur dəhlizinin açılması ilə Türkiyənin Azərbaycanla həmsərhəd rayonlarının strateji əhəmiyyəti artacaq.

“Araz hövzəsi üzrə ortaq layihələrin icrasını, birgə yay düşərgələrinin təşkilini və Beynəlxalq Qafqaz Konqreslərinin ənənəvi hal almasını təklif edirəm”, – deyən rektor E. Gürel Anadolunun şərq bölgələrinin tarix boyunca beynəlxalq əlaqələr və ticarətdə vacib rol oynadığını bildirib.

TodayPress TV




XƏBƏR LENTİ
24 NOYABR 2026
Bütün Xəbərlər