İran ABŞ-yə xəbərdarlıq etdi: Yeni müharibə olarsa, bu sistemlər işə salınacaq
İran ABŞ ilə yeni hərbi qarşıdurma baş verəcəyi təqdirdə daha müasir və gücləndirilmiş hava hücumundan müdafiə sistemlərindən istifadə etməyə hazır olduğunu açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə İran Hərbi Dəniz Qüvvələrinin qərargah rəisinin müavini, kontr-admiral Həbibullah Səyyari danışıb.
Onun sözlərinə görə, son hərbi qarşıdurmalar İran üçün hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsinin vacibliyini göstərib.
Admiral bildirib ki, ölkədə yeni müdafiə vasitələri hazırlanıb və onların bir qismi artıq istifadəyə verilib. O, ABŞ-nin yenidən hücuma keçəcəyi təqdirdə İranın yeni sistemlərinin imkanları ilə qarşılaşacağını vurğulayıb.
Səyyari qeyd edib ki, İran hərbi qüvvələri son hadisələrdən nəticə çıxararaq hava hücumundan müdafiənin inkişafını əsas prioritetlərdən birinə çevirib.
O, mümkün hücum halında yeni sistemlərin effektivliyinin döyüş şəraitində nümayiş etdiriləcəyini bildirib.
Qeyd edək ki, İranın yeni hava hücumundan müdafiə sistemlərinin texniki xüsusiyyətləri və imkanları barədə ətraflı məlumat açıqlanmayıb.
Türkan İsgəndərli