Bakı İdman Sarayında idman festivalı ab-havası!
Bakıda idman, fitnes, sağlamlıq və aktiv həyat tərzinə həsr olunan “ExpoSport Azerbaijan 2026” beynəlxalq sərgisi fəaliyyətə başlayıb.
TodayPress TV xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakı İdman Sarayında keçirilən tədbir iki gün davam edəcək.
Sərgidə 33 idman federasiyası, 10 şirkət və 6 tərəfdaş iştirak edir.
Ziyarətçilər müxtəlif idman növləri, müasir idman texnologiyaları və avadanlıqları ilə tanış olmaq imkanı əldə edəcəklər. Tədbir çərçivəsində ustad dərsləri, interaktiv oyunlar, idman nümayişləri, hədiyyəli viktorinalar və avtoqraf sessiyaları da təşkil olunacaq.
Qeyd edək ki, “ExpoSport Azerbaijan 2026” sərgisi noyabrın 28-dək davam edəcək.
Namiq HUN