Samir Rzayev AZAL-ın ötən il əldə etdiyi göstəriciləri açıqlayıb

Cəmiyyət

14.01.2026 16:52

“Azərbaycan Hava Yolları” üçün 2025-ci il ümumi və tranzit sərnişin sayında artımla yadda qaldı.

TodayPress TV xəbər verir ki, bu barədə AZAL prezidenti Samir Rzayev özünün sosial şəbəkə hesabında paylaşım edib.

“Heydər Əliyev Beynəlxalq Aeroportu yüksək fəaliyyət nəticələri, geniş marşrut şəbəkəsi, əməliyyat proseslərinin və milyonlarla sərnişinə göstərilən xidmətlərin təkmilləşdirilməsi ilə fərqləndi. Nüfuzlu beynəlxalq akkreditasiyalar isə hava limanının regionun aparıcı hava nəqliyyatı mərkəzlərindən biri kimi statusunu təsdiqləyir”, - paylaşımda bildirilir.

Qeyd olunur ki, AZANS öz növbəsində Azərbaycanın hava məkanının etibarlı və səmərəli idarə olunmasını təmin edərək uçuşların sayında artıma nail oldu. Beynəlxalq tərəfdaşlıqlar və nüfuzlu mükafatlar bu fəaliyyətin qlobal aviasiya arenasında yüksək əhəmiyyətini əks etdirir.

“2025-ci ildə əldə etdiyimiz nəticələr güclü komanda işi və düzgün strateji yanaşmanın məhsuludur. Qarşıdakı dövrdə də məqsədimiz Azərbaycanın aviasiya sahəsində regional liderliyini daha da inkişaf etdirməkdir”, - Samir Rzayev əlavə edib.

TodayPress TV

tag: AZAL,2025,Uçuş,Göstərici,Todaypress.tv,