Quru sərhədlərlə bağlı MÜHÜM AÇIQLAMA
İranın paytaxtı Tehran şəhərində dekabrın 28-də mağaza satıcılarının rialın devalvasiyasına qarşı başlatdığı etirazlar hazırda bütün ölkəyə yayılıb.
Münaqişələr yüzlərlə insanın ölümü və minlərlə vətəndaşın həbs edilməsi ilə nəticələnib.
Bəs sözügedən vəziyyət davam edərsə, quru sərhədlərin bağlı qalma müddəti uzadıla bilər?
Mövzu ilə bağlı TodayPress TV-yə danışan Milli Məclisin deputatı Qüdrət Həsənquliyev bildirib ki, proseslər sərhədin bağlı qalmasına əsas olmamalıdır:

"Mən sərhədlərin açılmasının tərəfdarıyam. Biz heç bir ölkə ilə müharibə vəziyyətində deyilik. Qanunlar da sərhədlərin bağlı qalmasına imkan vermir".
Türkan İsgəndərli