Nazir generalı təqaüdə göndərdi - FOTO

Nazir generalı təqaüdə göndərdi - FOTO
13.01.2026 17:09 Cəmiyyət

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, general-mayor Aqşin Kazımov vəzifəsindən azad olunub.

TodayPress TV xəbər verir ki, general-mayor Aqşin Kazımov vəzifəsindən azad olunaraq, son yaş həddi (60 yaş) ilə əlaqədar təqaüdə göndərilib.

Bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Qeyd edək ki, general-mayor Aqşin Kazımov 2024-cü ilin dekabr ayında Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi vəzifəsindən azad olunaraq, Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini təyin olunmuşdu.

TodayPress TV

FOTOLAR

Nazir generalı təqaüdə göndərdi - FOTO — 1
XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər