Nağıyevin pulları Azərbaycana gətiriləcək?

Cəmiyyət

13.01.2026 12:39

"Ağa Musa Nağıyevin İsveçrə və Britaniya banklarında olan vəsaitinin geri qaytarılması ilə bağlı dəfələrlə müəyyən faiz müqabilində kömək etmək istəyən insanlar olub. Onların hamısı mənimlə müqavilə bağlayıb".

TodayPress TV xəbər verir ki, bu sözləri milyonçu Ağa Musa Nağıyevin nəvəsi Dilarə Nağıyeva APA-ya müsahibəsində deyib.

Ağa Musa Nağıyevin nəvəsi: Pullar Azərbaycana gətirilərsə, iki bina tikdirəcəyəm

O bildirib ki, işə başlanılsa da, həmin insanlar nəticə əldə edə bilməyiblər.

D.Nağıyevanın "Siz o vəsaiti özünüzə istəyirsiniz?" sualına cavabı isə belə olub:

"Xeyr, mən demişəm ki, pullar Azərbaycana gətirilərsə, mənə çatan faizdən iki bina tikdirəcəyəm. Ağa Musa Nağıyevin 100 bina tikmək arzusunu həyata keçirmiş olacağam".

TodayPress TV

tag: Ağa Musa Nağıyev,Dilarə Nağıyeva,Müsahibə,Pullar,Todaypress.tv,