İşdən çıxarılan polkovniklə bağlı yeni qərar

İşdən çıxarılan polkovniklə bağlı yeni qərar
08.01.2026 17:45 Cəmiyyət

Ötən gün Biləsuvar Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilən gömrük xidməti polkovniki Sənan Şahbəndəyev yeni vəzifəyə təyinat alıb.

TodayPress TV “Bakupost”a istinadən xəbər verir ki, o, Sumqayıt Gömrük İdarəsinə rəis müavini təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl Dövlət Gömrük Komitəsi tərəfindən Biləsuvar Gömrük İdarəsində keçirilmiş əməliyyat tədbirləri zamanı külli miqdarda qaçaqmal faktları aşkar edilmişdi. Məhz bundan sonra idarə rəisinin vəzifədən azad edilməsi ilə bağlı qərar verilib.

TodayPress TV

XƏBƏR LENTİ
14 IYUN 2026
Bütün Xəbərlər