Həbib Əzizov işdən çıxarıldı
"Azərişıq" ASC-nin Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Həbib Əzizov vəzifəsindən azad edilib.
TodayPress TV "Report"a istinadən verir ki, müvafiq qərarla onun yerinə "Azərişığ"ın Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Elmar Mahmudov təyin olunub.
Qeyd edək ki, kadr dəyişikliyi ilə bağlı qərar "Azərişıq" rəhbərliyi tərəfindən verilib.
Azərişıq
Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi
Həbib Əzizov
Elmar Mahmudov
Todaypress.tv