Bulvardakı kaktuslar soyuqlara görə xüsusi qaydada örtüldü
Bakı bulvarındakı kaktuslar soyuq qış günlərinin təsirindən zərər görməmələri üçün xüsusi qaydada örtülüb.
TodayPress TV xəbər verir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsi məlumat yayıb.
Bildirilib ki, həmin kaktuslar isti iqlimə aid olan ekzotik bitkilərdir.