Bu ərazilər plana düşdü: Yüksək məbləğdə kompensasiya veriləcək

Bu ərazilər plana düşdü: Yüksək məbləğdə kompensasiya veriləcək
13.01.2026 15:55 Cəmiyyət

Abşeron rayonunun Məmmədli kəndində, Həsənbəy Ağayev və Ziya Bünyadov küçələrində, "Yanar dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna yaxın böyük bir ərazi plana düşüb.

TodayPress TV Oxu.az-a istinadən xəbər verir ki, buna səbəb həmin ərazinin yaxınlığında yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahələrində metan qazının (CH4) aşkar edilməsi göstərilir.

Bununla əlaqədar sözügedən istiqamətdə kimin evi, həyətyanı sahəsi varsa, artıq həmin sakinlərdən müvafiq sənədlərin yığılmasına başlanılıb. Məlumata görə, plana düşən ərazilərdə hər sota görə sakinlərə yüksək məbləğdə kompensasiya ödənilməsi nəzərdə tutulub.

TodayPress TV



XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər