ADY gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

ADY gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
14.01.2026 09:57 Cəmiyyət

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) qeyri-sabit hava şəraiti ilə bağlı gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

TodayPress TV səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, qatarların sürət həddi hava şəraitinə uyğun olaraq tənzimlənir.

Bu səbəbdən qrafikdən qismən kənara çıxma halları müşahidə oluna bilər.

Sərnişinlərdən platformalarda hərəkət zamanı ehtiyatlı olmaları və dəmiryol xətlərini keçən zaman müvafiq keçidlərdən istifadə etmələri xahiş olunur.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər