Azərbaycanla Slovakiya məxfi məlumatın mübadiləsini həyata keçirəcək

Azərbaycanla Slovakiya məxfi məlumatın mübadiləsini həyata keçirəcək
11.09.2026 10:51 Xarici siyasət

Azərbaycanla Slovakiya məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsini həyata keçirəcək.

TodayPress TV xəbər verir ki, bununla bağlı iki ölkə arasında imzalanmış sazişin təsdiqini nəzərdə tutan qanun layihəsi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 14-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Belə ki, "Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsinin müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyəsi gözlənilir.
XƏBƏR LENTİ
11 SENTYABR 2026
Bütün Xəbərlər