Azərbaycan-Latviya münasibətlərində YENİ PERSPEKTİVLƏR
Azərbaycanın Latviyadakı səfiri Nərminə Mustafayeva bu ölkədə yaşayan azərbaycanlılarla görüşüb və Bakı ilə Riqa arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.
TodayPress TV xəbər verir ki, bu barədə səfir "X" sosial şəbəkəsində yazıb.
"Bu gün Latviyada yaşayan həmvətənlərimizlə görüşərək onların fikir və təkliflərini dinlədik", - deyə o bildirib.
Həmçinin görüşdə Azərbaycan–Latviya münasibətlərinin inkişafı, diaspor fəaliyyətinin daha da gücləndirilməsi, eləcə də azərbaycanlıları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
"Xaricdə yaşayan hər bir azərbaycanlı ilə əlaqələrin möhkəmləndirilməsi, milli həmrəyliyimizin və birliyimizin daha da gücləndirilməsi dövlətimizin daim diqqət mərkəzindədir", - deyə N. Mustafayeva əlavə edib.

