Putin blokadada: 200 gündür ölkəyə çıxmır

Təhlil

22.05.2026 10:51

Rusiya Prezidenti Vladimir Putin son 196 gündür ölkə daxilindəki regionlara səfər etməyib.

TodayPress TV xəbər verir ki, “Agentstvo”nun araşdırmasına görə, Putin sonuncu dəfə Rusiyanın regionlarından biri olan Samara şəhərinə 2025-ci il noyabrın 6-da səfər edib.

O vaxtdan indiyədək təxminən 200 gün keçib. Məlumatlara əsasən, Putin 2025-ci ildə xarici səfərlər baxımından da çox məhdud davranıb. O, il ərzində yalnız Türkmənistana getmişdi. Mayın 19-da isə Çində Si Cinpinlə görüşmək üçün Moskvadakı rezidensiyasından çıxaraq Pekinə səfər edib.

Kremlyönümlü mənbələr Putinin son aylarda əsasən Moskva ətrafındakı rezidensiyalarda qaldığını və nadir hallarda hərəkət etdiyini təsdiqləyir. Bu məlumatlar diktatorun təhlükəsizlik qorxusunun artdığını göstərir.

“Agentstvo”nun araşdırması Putin rejiminin rəhbərinin ölkə daxilində hərəkət azadlığının ciddi şəkildə məhdudlaşdığını ortaya qoyur. Ekspertlərin fikrincə, Putin 196 gündür Rusiya regionlarına səfər etməkdən qorxur, çünki:Ukrayna müharibəsi səbəbindən dron və raket hücumları riski çox yüksəkdir;

Daxili sui-qəsd təhlükəsi artıb — xüsusilə Prigojin üsyanından sonra hərbi və siyasi elitada narazılıq güclənib;

Putin öz təhlükəsizlik xidmətinin belə ona tam zəmanət verə bilməyəcəyindən qorxur;

Son aylarda bir neçə rezidensiyasına (o cümlədən Valdaya) mümkün hücum barədə məlumatlar daxil olub.

Nəticədə Putin “bunker rejimi”nə keçib və yalnız ən zəruri hallarda, ağır təhlükəsizlik tədbirləri ilə xaricə çıxır. Ekspertlər bunu Putinin hakimiyyətinin ən zəif və qorxulu dövrü kimi qiymətləndirirlər.


Jalə Rövşən

TodayPress TV

tag: Rusiya Prezidenti,Vladimir Putin,Vladimir Putin ,Səfər ,Todaypress.tv,