Husilər Trampın “səbr kasasını daşırdı”: “Bunu unutmayacağam”

Husilər Trampın “səbr kasasını daşırdı”: “Bunu unutmayacağam”
13.10.2026 20:38 Dünya

ABŞ Prezidenti Donald Tramp Yəməndə fəaliyyət göstərən husiləri Səudiyyə Ərəbistanına hücumlar etməkdə və neft qiymətlərini qəsdən artırmağa çalışmaqda ittiham edib.

TodayPress TV xəbər verir ki, Tramp bu barədə açıqlamasında husilərin bir müddət əvvəl ABŞ-nin zərbələrindən sonra fəaliyyətlərini dayandırdıqlarını, lakin indi yenidən fəallaşdıqlarını bildirib.

Onun sözlərinə görə, husilər, ehtimal ki, İranın göstərişi ilə hərəkət edirlər. Tramp İranı hərbi və iqtisadi baxımdan zəif dövlət adlandırıb, ölkədə inflyasiyanın 301% olduğunu iddia edib.

ABŞ Prezidenti husilərin neft qiymətlərini artırmağa çalışdıqlarını və bunun ABŞ-dəki seçkilərlə əlaqəli ola biləcəyini irəli sürüb.

“Onlar özlərini son dərəcə pis aparırlar. Kimsə onlara izah etməlidir ki, mən bu seçkilərdə iştirak etmirəm, çünki artıq böyük fərqlə qalib gəlmişəm. Lakin seçkilərdən sonra bu məsələyə qayıdacağam və bunu heç vaxt unutmayacağam”, – Tramp qeyd edib.

Kübra Musayeva

XƏBƏR LENTİ
13 OKTYABR 2026
Bütün Xəbərlər