“Sabah” Çempionlar Liqasında tarix yazdı - VİDEO
"Sabah" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.
TodayPress TV xəbər verir ki, Bakı Olimpiya Stadionunda Çexiyanın "Slaviya" kollektivini qəbul edən Azərbaycan çempionu 2:0 hesablı qələbəyə sevinib.
İlk qolu 49-cu dəqiqədə Kahim Parris vurub. 88-ci dəqiqədə isə Coy-Lens Mikels adını tabloya yazdırıb.
Bu, "Sabah"ın Çempionlar Liqasının əsas mərhələsində və ümumilikdə Azərbaycan təmsilçilərinin Çexiya klubları üzərində ilk qələbəsi kimi tarixə düşüb.
Xatırladaq ki, "Sabah" ilk matçda İngiltərədə "Mançester Yunayted"ə məğlub olub - 0:4. Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda növbəti matçını oktyabrın 20-də "Borussiya"ya (Dortmund, Almaniya) qarşı keçirəcək.
***
"Sabah" və "Slaviya" (Çexiya) komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununda ikinci qol vurulub.
TodayPress TV xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən matçda Azərbaycan təmsilçisi hesab arasındakı fərqi artırıb - 2:0.
88-ci dəqiqədə Coy-Lens Mikels adını tabloya yazdırıb.
***
"Sabah" və "Slaviya" (Çexiya) komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununda ilk qol vurulub.
TodayPress TV xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən matçda Azərbaycan təmsilçisi hesabı açıb.
49-cu dəqiqədə Kahim Parris fərqlənib.
***
"Sabah" və "Slaviya" (Çexiya) komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyunu başlayıb.
TodayPress TV xəbər verir ki, matç Bakı Olimpiya Stadionunda keçirilir.
Qarşılaşmanı avstriyalı FIFA referisi Sebastyan Qishamer idarə edir.