Britaniya Rusiyaya görə görünməmiş xərclərə gedir
Böyük Britaniya xarici təhdidlərlə mübarizəyə Soyuq müharibə dövründəkindən daha çox vəsait ayırır.
TodayPress TV xəbər verir ki, bunu Britaniyanın MI5 daxili kəşfiyyat xidmətinin rəhbəri Ken Makkallum bildirib.
Onun sözlərinə görə, Rusiya ölkə üçün əsas təhlükə olaraq qalır. Makkallum qeyd edib ki, xarici rəqiblərdən qaynaqlanan təhdidlər Londona qarşı son dövrlərdə dörd dəfə artıb.
MI5 rəhbəri bildirib ki, Ukraynaya qarşı müharibənin başlanmasından sonra Britaniyada təxminən 1 000 rusiyalı casus ifşa edilərək ölkədən çıxarılıb. Onun fikrincə, bu, Rusiyanın ənənəvi gizli əməliyyatlar həyata keçirmək imkanlarını zəiflədib.
Makkallumun iddiasına görə, nəticədə Kreml təxribat əməliyyatlarını həyata keçirmək üçün vasitəçilərə və cinayətkarlara pul ödəməyə başlayıb.
O, həmçinin İran və ifrat sağçı terrorizm təhlükəsinin də artdığını vurğulayıb. Kəşfiyyat rəhbərinin sözlərinə görə, ötən il İranla əlaqəli fəaliyyətlər çərçivəsində 50 həbs həyata keçirilib.
Kübra Musayeva