Venesueladan Uruqvaya sərt ittiham - Ölkələr arasında gərginlik artır

Venesueladan Uruqvaya sərt ittiham - Ölkələr arasında gərginlik artır
13.10.2026 19:52 Dünya

Venesuelanın xarici işlər və beynəlxalq ticarət naziri Feliks Plasensiya uruqvaylı həmkarı Mario Lubetkini xalqların öz müqəddəratını təyin etmək hüququnu inkar etməkdə və Bolivar Respublikasının daxili işlərinə müdaxilə etməkdə ittiham edib.

TodayPress TV xəbər verir ki, bu barədə Plasensiya “X” sosial şəbəkəsində yazıb.

“Uruqvay Şərq Respublikasının xarici işlər nazirinin bəyanatları ilə əlaqədar olaraq, Bolivar Respublikası Venesuela xalqların suverenliyinə və öz müqəddəratını təyin etmək hüququna hörmət etməyən, həmçinin Venesuelanın demokratik birgəyaşayış məqsədilə siyasi dialoq çərçivəsində həyata keçirdiyi transformasiya prosesi ilə heç bir əlaqəsi olmayan köhnəlmiş və təkəbbürlü baxışları rədd edir”, – deyə o bildirib.

Nazir, uruqvaylı naziri Venesuelanın daxili işlərinə yolverilməz müdaxilədə ittiham edib.

Uruqvayın xarici işlər naziri bildirib ki, ölkəsi hakimiyyətdə Delsi Rodriges qaldığı müddətdə Venesuela ilə diplomatik münasibətləri bərpa etməyi planlaşdırmır.

Aysel Mətləb

XƏBƏR LENTİ
13 OKTYABR 2026
Bütün Xəbərlər