“Slaviya” Bakıda çarəsiz qaldı: Dambrauskasdan qələbə açıqlaması

“Slaviya” Bakıda çarəsiz qaldı: Dambrauskasdan qələbə açıqlaması
13.10.2026 23:29 İdman

"Sabah" "Slaviya" ilə qarşılaşmada möhtəşəm nəticəyə imza atıb.

TodayPress TV xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsində Çexiya təmsilçisi "Slaviya"ya qarşı keçirdikləri matçdan sonra mətbuat konfransında deyib.

Mütəxəssis qələbə qazandıqları qarşılaşmanı şərh edib:

"Biz oyuna təzyiqlə başladıq. Rəqibi yaxşı analiz etmişdik. İlk 20-25 dəqiqə ərzində topa daha çox shaib olan tərəf idik. Lakin qarşılaşmanın irəliləyən dəqiqələrində topa sahib olma nisbəti bərabərləşdi. "Slaviya" fiziki cəhətdən çox güclü komandadır. Bu cür komandalara qarşı oynayarkən, onların müdafiədəki boşluqlarını tapmaq çətin olur. İkinci yarıda isə artıq boşluqları tapa bildik və bunun nəticəsində fasilədən sonra qol vurduq. Bəzi vaxtlarda bəxtimiz də gətirirdi. Öz şansımızı gözlədik və ikinci qolu vurduq. Çox sevinirəm ki, futbolçularım bütün tapşırıqları layiqincə yerinə yetirdilər. "Sabah" möhtəşəm nəticəyə imza atdı".

O, qarşıdakı oyunlar barədə danışıb:

Çalışacağıq ki, növbəti qarşılaşmalarda daha yaxşı futbol sərgiləyək. Gələcək oyunlarda stadionda daha çox azarkeş gözləyirəm. Digər görüşlər barədə proqnoz verə bilmərəm. Lakin şükürlər olsun ki, bu gün nəticə ürəyimizcə oldu. Bizi qarşıda "Qəbələ" ilə Premyer Liqa matçı gözləyir. Daha sonra Çempionlar Liqası qarşılaşmasına köklənəcəyik".

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda təşkil olunan "Sabah" - "Slaviya" oyunu Azərbaycan çempionunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.

XƏBƏR LENTİ
14 OKTYABR 2026
Bütün Xəbərlər