"Gəncə" FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzdu
"Gəncə" basketbol klubu FIBA Avropa Kubokunun müntəzəm mövsümündə ilk ev oyununu keçirib.
TodayPress TV xəbər verir ki, Yunanıstan təmsilçisi "Kolossos"u qəbul edən Martin Knejeviçin baş məşqçisi olduğu komanda 62:80 hesabı ilə uduzub.
Qarşılaşma Gəncə İdman Sarayında baş tutub.
Xatırladaq ki, "Gəncə" ilk oyunda səfərdə Türkiyə təmsilçisi "Esenler Erokspor"a məğlub olub - 63:92.