Hörmüz boğazında TARİXİ REKORD! Bir gündə bu qədər gəmi vuruldu

Hörmüz boğazında TARİXİ REKORD! Bir gündə bu qədər gəmi vuruldu
13.10.2026 23:39 Dünya

İran Hörmüz boğazından keçən neft tankerlərinə hücumları intensivləşdirib.

TodayPress TV xəbər verir ki, bu barədə “Telegraph” qəzeti məlumat yayıb.

Bildirilib ki, Tehran qüvvələri oktyabrın 11-i boğazda və onun ətrafında altı ticarət gəmisinə zərbə endirib. Bu, bir gün ərzində qeydə alınan rekord göstəricidir.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Əzmayi xəbərdarlıq edib ki, boğazda naviqasiya və identifikasiya sistemlərini söndürən istənilən gəmi “düşmən” kimi qiymətləndiriləcək, ona qarşı “qətiyyətli və sərt” tədbirlər görüləcək.

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai bildirib ki, SEPAH hər gecə gəmilərə zərbələr endirir.

“Biz hər gecə bu gəmilərdən beş-altısını hədəf alırıq. Hörmüz İslam Respublikasının nəzarəti altındadır”.

O iddia edib ki, ABŞ dənizdə İran neftini daha böyük tankerlərə keçirmək üçün kiçik gəmilərdən istifadə edir.

Aysel Mətləb

XƏBƏR LENTİ
14 OKTYABR 2026
Bütün Xəbərlər