17 ölkə hazırlaşır: NATO-nun ən təhlükəli nüvə ssenarisi
NATO-nun hər il keçirilən “Steadfast Noon” adlı hərbi təlimləri başlayıb. Təlimlər oktyabrın 23-dək davam edəcək və 17 ölkənin hərbçiləri iştirak edəcək.
TodayPress TV xəbər verir ki, NATO-nun məlumatına görə, manevrlər müxtəlif əməliyyat növlərini əhatə edəcək. Lakin təlimlər zamanı döyüş nüvə silahlarından istifadə olunmayacaq.
Bildirilib ki, builki təlimlərin miqyası ötənilki manevrlərlə müqayisə edilə biləcək səviyyədədir. Ötən il keçirilən təlimlərdə təxminən 2 min hərbçi və 70-dən çox təyyarə iştirak edib. Onların arasında F-35 qırıcıları, müşahidə təyyarələri və yanacaqdolduran hava gəmiləri də olub.
Bu cür təlimlər zamanı hərbçilər nüvə sursatları ilə davranış qaydalarını məşq edirlər. Buraya sursatların anbarlardan təyyarələrə daşınması və aviasiyanın hazırlanması da daxildir. Təlimlərdə nüvə başlığı olmayan təlim sursatlarından istifadə edilir.
Kübra Musayeva