Belçika səfiri Rusiya XİN-ə çağırıldı

Belçika səfiri Rusiya XİN-ə çağırıldı
13.10.2026 20:28 Dünya

Belçikanın Moskvadakı səfiri Mişel Jerbetsoff oktyabrın 13-də ölkə rəsmilərinin Rusiyaya qarşı bəyanatları ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Oktyabrın 13-də Belçikanın Rusiyadakı səfiri Mişel Jerbetsoff Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Belçikalı diplomata Rusiya tərəfinin krallığın hərbi-siyasi rəhbərliyinin Rusiyadan qaynaqlandığı iddia edilən, Belçika və Avropaya qarşı artan hibrid, təxribat xarakterli və birbaşa hərbi təhdidlər barədə əsassız və getdikcə daha tez-tez səsləndirilən iddialarını qətiyyətlə rədd etdiyi bildirilib”, – deyə qurumdan bildirilib.

Belçikanın diplomatik nümayəndəliyinin rəhbərinin diqqətinə çatdırılıb ki, Belçika hakimiyyətinin bəzi nümayəndələrinin Rusiyanı məqsədyönlü şəkildə düşmən kimi təqdim edən açıq-aşkar aqressiv bəyanatları gərginliyin daha da artmasına və onların körüklədiyi qarşıdurmanın nəzarətdən çıxması riskinə səbəb olur.

“Belçika tərəfinə bu cür bəyanatların nəticələrini qiymətləndirmək və Avropa qitəsində gərginliyin daha da artmasına təkan verən Rusiyaya qarşı ritorikanı yumşaltmaq çağırışı edilib”, – deyə Xarici İşlər Nazirliyindən vurğulanıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
13 OKTYABR 2026
Bütün Xəbərlər