Zelenskinin rəqibləri bəlli olur: Siyahıda kimlər var?
Ukrayna kəşfiyyatının rəhbəri Kirill Budanov ölkədə keçirilə biləcək prezident seçkilərində Volodimir Zelenskinin mümkün rəqiblərindən biri kimi göstərilib.
TodayPress TV xəbər verir ki, “Al Jazeera” nəşri Ukraynada prezident postuna potensial namizədlər barədə yazısında Budanovun hərbi təcrübəsini, kəşfiyyatın rəhbərliyi altında həyata keçirilən əməliyyatları və cəmiyyətdəki nüfuzunu önə çəkib.
Məqalə ABŞ Prezidenti Donald Trampın Ukraynaya yeni prezident lazım olduğu barədə açıqlamasından sonra dərc olunub. Nəşr Budanovla yanaşı, Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı və Mixail Fedorovun da mümkün namizədlər arasında olduğunu qeyd edib.
“Al Jazeera” Budanovu general-leytenant və yüksək ictimai nüfuza malik hərbi lider kimi xarakterizə edib.
Bununla belə, nəşr hesab edir ki, Zelenskinin ikinci müddətə seçilmək şansı da qalır. Trampın Ukrayna rəhbərliyinə qarşı artan təzyiqinin isə Zelenskiyə ictimai dəstəyi gücləndirə biləcəyi vurğulanıb.
Kübra Musayeva