Fransada etirazlar səngiyir? – Yeni rəqəmlər açıqlandı

Fransada etirazlar səngiyir? – Yeni rəqəmlər açıqlandı
13.10.2026 20:56 Dünya

Fransada təhsil sahəsində maliyyə çatışmazlığı və digər problemlərə etiraz edən tələbə və həmkarlar ittifaqlarının təşkilatlarının aksiyalarında ölkə üzrə 161,5 min nəfər iştirak edib.

TodayPress TV xəbər verir ki, bu barədə TF1 telekanalı Fransanın Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Ən kütləvi etiraz aksiyaları Parisdə qeydə alınıb. Burada keçirilən iki nümayişdə ümumilikdə 41,5 min nəfər iştirak edib. Hakimiyyət orqanları etirazların miqyasının ötən həftə ilə müqayisədə əhəmiyyətli dərəcədə azaldığını bildirirlər. Belə ki, oktyabrın 6-da Fransa şəhərlərinin küçələrinə 266 min nəfər çıxıb, onlardan 56 mini Parisdə iştirak edib.

Öz növbəsində, nümayişlərin təşkilində iştirak edən “Union Etudiante” tələbə təşkilatı ölkə üzrə aksiyalarda 480 min nəfərin iştirak etdiyini bəyan edib. Bu, həmin təşkilatın ötən həftə açıqladığı rəqəmdən 30 min nəfər çoxdur.

Aysel Mətləb

XƏBƏR LENTİ
13 OKTYABR 2026
Bütün Xəbərlər