Trampdan Rusiyaya bəraət qazandıran AÇIQLAMA

Trampdan Rusiyaya bəraət qazandıran AÇIQLAMA
13.10.2026 20:19 Dünya

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında enerji obyektlərinə hücumlarla bağlı sualı cavablandırıb.

TodayPress TV xəbər verir ki, jurnalist Trampdan Rusiyanın elan edilən enerji atəşkəsini pozaraq Ukraynanın altı enerji obyektinə zərbə endirməsini soruşub.

Tramp məsələyə daha sonra münasibət bildirəcəyini deyib. O, tərəflərin bir-birinə hücum etdiyini vurğulayıb.

Jurnalistin Rusiyanın altı enerji obyektini vurduğunu xatırlatmasına cavab olaraq ABŞ Prezidenti Ukraynanın da bundan əvvəl oxşar addım atdığını bildirib.

Kübra Musayeva

XƏBƏR LENTİ
13 OKTYABR 2026
Bütün Xəbərlər