Qara dənizdə gəmi batırıldı, çox sayıda dənizçidən xəbər yoxdur
Bolqarıstanın şimal sahillərindən 17 mil məsafədə pilotsuz uçuş aparatlarının hücumundan sonra batan "HS Dignity" gəmisinin dörd dənizçisi xilasetmə əməliyyatından sonra Varna şəhərinə çatdırılıb.
TodayPress TV xəbər verir ki, bu barədə Bolqarıstan Milli Radiosu məlumat yayıb.
Bildirilib ki, onların tibbi yardıma ehtiyacı yoxdur.
Məlumata görə, xilas edilən ekipaj üzvlərindən daha biri hadisə yerində olan gəmidə qalıb və itkin düşənlərin axtarışı davam edir. Hazırda ekipajın 11 üzvünün taleyi məlum deyil.
Xatırladaq ki, oktyabrın 13-nə keçən gecə naməlum pilotsuz uçuş aparatları Bolqarıstanın şimal sahilləri yaxınlığında, ölkənin müstəsna iqtisadi zonasında ticarət gəmilərinə hücum edib. Malta bayrağı altında üzən “Chelsea 3” gəmisi suda qalıb, onun bütün ekipajı sərhəd mühafizəsinin katerləri ilə uğurla Varnaya təxliyə edilib. Qvineya-Bisau bayrağı altında üzən ikinci gəmi isə batıb.
Aysel Mətləb