Azərbaycanın qadın güləşi üzrə millisinin üzvləri Qazaxıstana yollandı

Azərbaycanın qadın güləşi üzrə millisinin üzvləri Qazaxıstana yollandı
13.10.2026 20:03 İdman

Azərbaycanın qadın güləşi üzrə millisinin üzvləri Qazaxıstana yollanıb.

Bu barədə TodayPress TV-yə Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Böyük məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (59 kq) və Birgül Soltanovadan (65 kq) ibarət heyət oktyabrın 12-dən Almatıda dünya çempionatına hazırlıq məqsədilə son təlim-məşq toplanışına başlayıb.

Ayın 24-dək davam edəcək hazırlıq prosesi Qazaxıstan və Rumıniya yığmaları ilə birgə təşkil olunub. U-23 dünya çempionatı başa çatdıqdan sonra baş məşqçi əvəzi Toğrul Əsgərov da toplanışa qatılacaq.

Hazırlıq prosesində taktiki-texniki çalışmalara və rəqiblərin analizinə üstünlük verilir. Toplanış bitdikdən sonra komanda Almatıdan Astanaya yollanacaq.

Qeyd edək ki, mundialda qadın güləşi üzrə yarış 27-30 oktyabrda keçiriləcək.

XƏBƏR LENTİ
13 OKTYABR 2026
Bütün Xəbərlər