ABŞ Yunanıstandakı səfirindən istefa verməsini istədi - SƏBƏB NƏDİR?

ABŞ Yunanıstandakı səfirindən istefa verməsini istədi - SƏBƏB NƏDİR?
13.10.2026 19:16 Dünya

ABŞ administrasiyası Yunanıstandakı səfir Kimberli Gilfoyldan ətrafında yaranan qalmaqalla əlaqədar istefa verməsini istəyib.

TodayPress TV xəbər verir ki, bu barədə Ağ Evin yeni mətbuat katibi Keyti Zəkəraia ilk brifinqində bildirib.

“Biz səfir Gilfoyldan istefa verməsini istədik. O, komandamızın dəyərli əməkdaşı olub və ona gələcək fəaliyyətində uğurlar arzulayırıq”, – deyə Zəkəraia bildirib.

O, bu qərarın konkret səbəblərini açıqlamayıb.

Xatırladaq ki, “The Wall Street Journal” qəzeti daha əvvəl Afinada ictimaiyyət üçün qapalı keçirilən tədbirdə səfirin mart ayında səsləndirdiyi fikirləri əks etdirən məqalə dərc edib. İddialara görə, Gilfoyl həmin vaxt Yunanıstan nazirinə ABŞ-nin Buxarestdə hökumətin süqutuna səbəb olduğunu və eyni şeyi Afinada da edə biləcəyini bildirib.

Aysel Mətləb

XƏBƏR LENTİ
13 OKTYABR 2026
Bütün Xəbərlər