Ermənilərin gizli “gücü”: Matendaran — "Tarixi saxtakarlığa qanuni don geyindirirlər”

Ermənilərin gizli “gücü”: Matendaran — "Tarixi saxtakarlığa qanuni don geyindirirlər”
16.09.2026 17:40 Təhlil

Ermənilərin tutunduğu, gücləri hesab etdiyi mərkəzlərdən biri də Matenadarandır. Matendaran müxtəlif illərdə gündəmə gəlib.

Bura yalnız qədim əlyazmaların mühafizə olunduğu arxiv deyil, ermənilər ona tarixşünaslıq və mədəniyyətdə strateji rəmzi məna yükləyirlər. 

Bəs Matendarana bu qədər önəm vermələrinin səbəbi nədir?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan tarixçi Zaur Əliyev bildirib ki, Ermənistanda Matenadaran və ya Mesrop Maştots adına İrəvan Əlyazmalar və Sənədlərin qorunma və tədris mərkəzi ermənilərin illərdir oğurladıqları əşya, əlyazma, sənəd və digər tarixi maddi və mənəvi irsə aid hər şeyin gizlədildiyi yerdir:

“Bura Cənubi Qafqazın ən ziddiyyətli və mübahisəli mədəniyyət-elm ocaqlarından biridir. Eyni tarixi coğrafiyanı paylaşan iki xalq — ermənilər və azərbaycanlılar bu mərkəzə və oradakı kolleksiyaya tamamilə fərqli, hətta bir-birinə əks prizmalardan baxırlar.  

Qafqaza köçən qaraçı xalqı olaraq XX əsrə qədər  müstəqil dövlətləri olmayan bir xalq kimi, ermənilər öz dillərini, əlifbalarını və mədəniyyətlərini bu əlyazmalar sayəsində qoruduqlarına inanırlar. Onlar bu mərkəz vasitəsilə dünya ictimaiyyətinə özlərini qədim sivilizasiyaların (Bizans, Roma, Şərq dünyası) mühüm bir parçası kimi təqdim edirlər. Bu status erməni diplomatiyası və diasporu üçün həm də Cənubi Qafqazda öz tarixi qədimlik iddialarını əsaslandırmaq üçün güclü bir mədəni-siyasi rıçaq rolunu oynayır. Biz yaxşı bilirik ki, ermənilər əsrlər boyu Cənubi Qafqazda müstəqil dövləti olmayan, dağınıq şəkildə yaşayan bir etnos olublar. Onlar İrəvanda Matenadaranı tikib, içərisinə də qədim kitabları doldurmaqla dünyaya və ən əsası özlərinə sübut etmək istəyirlər ki: "Baxın, bizim qədim tariximiz və mədəniyyətimiz var." Yəni, bu məkan onlar üçün sadəcə bir kitabxana deyil, özlərini qədim xalq kimi qəbul etdirmək üçün qurduqları ən böyük ideoloji sığınacaqdır. Ermənistan prezidentlərinin andiçmə mərasimində Matenadarandan gətirilən VII əsrə aid İncilə əl basması biz azərbaycanlılar üçün çox tanış bir teatr ssenarisidir. Onlar İrəvan xanlığının, yəni bizim tarixi torpaqlarımızın üzərində qurduqları Ermənistan dövlətinin guya bu torpaqlara "qədimdən aid olduğunu" göstərməyə çalışırlar. Tarixi saxtakarlığı dini və müqəddəs hesab etdikləri kitabla ört-basdır edib, öz oyunlarına qanuni don geyindirirlər”.

Tarixçinin sözləriə görə, bu, onların Cənubi Qafqazda öz varlıqlarını əsaslandırmaq, mənimsədikləri Alban və Türk-İslam irsinə sahib çıxmaq və qlobal arenada "məzlum, amma qədim xalq" obrazı yaratmaq üçün istifadə etdikləri ən böyük piar və təbliğat alətidir.

Qiymət Mahir

TodayPress TV

FOTOLAR

Ermənilərin gizli “gücü”: Matendaran — "Tarixi saxtakarlığa qanuni don geyindirirlər” — 1
XƏBƏR LENTİ
16 SENTYABR 2026
Bütün Xəbərlər