Alkarasdan növbəti uğur: İspaniyalı ulduz Turin yolunda

Alkarasdan növbəti uğur: İspaniyalı ulduz Turin yolunda
16.09.2026 16:10 İdman

Dünyanın 3-cü raketkası, ispaniyalı tennisçi Karlos Alkaras 2026-cı ilin “ATP Finals” (ATP Yekun Turniri) yarışında iştirakını rəsmən təmin edib.

TodayPress TV xəbər verir ki, bu barədə Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) mətbuat xidməti məlumat yayıb.

Alkaras ardıcıl 5-ci mövsümdür ki, yekun turnirində iştirak hüququ əldə edir. Ondan əvvəl almaniyalı Aleksandr Zverev və italiyalı Yannik Sinner də yarışa vəsiqəni təmin etmişdilər. 

“US Open – 2026” turnirindən sonra ATP canlı yarış cədvəlində (“ATP Race”) Karlos Alkaras 4050 xalla 4-cü sırada qərarlaşıb. O, cari mövsümdə “Australian Open” yarışının çempionu olub və Dohada keçirilən ATP-500 turnirində qalib gəlib. 

Qeyd edək ki, “ATP Finals – 2026” noyabrın 15-dən 22-dək İtaliyanın Turin şəhərində keçiriləcək. Turnirin son çempionu dünyanın 1 nömrəli tennisçisi Yannik Sinnerdir. O, ötənilki finalda məhz Karlos Alkarasa qalib gəlmişdi.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
16 SENTYABR 2026
Bütün Xəbərlər