Şəhərətrafı qatarlarda YENİLİK - Reyslərin sayı artırıldı

Şəhərətrafı qatarlarda YENİLİK - Reyslərin sayı artırıldı
16.09.2026 18:33 Sosial

Sərnişin tələbatının qarşılanması məqsədilə şəhərətrafı qatar reyslərinin sayı növbəti dəfə artırılıb.

TodayPress TV xəbər verir ki, bu barədə ADY-dən məlumat verilib.

Yenilənmiş hərəkət cədvəlinə əsasən, 17 sentyabrdan həftəiçi gündəlik reyslərin sayı 96-dan 100-ə çatdırılacaq.

Belə ki, Sumqayıt–Pirşağı–Bakı xətti üzrə qrafikə saat 05:55 və 11:50-də yeni reyslər əlavə ediləcək. Həmçinin Bakı–Pirşağı–Sumqayıt istiqamətində saat 06:46 və 10:45-də əlavə reyslər təşkil olunacaq.

XƏBƏR LENTİ
16 SENTYABR 2026
Bütün Xəbərlər