ABŞ-də neft ehtiyatları “beşillik” göstəricidən aşağıdır - Qiymətlər DÜŞDÜ

ABŞ-də neft ehtiyatları “beşillik” göstəricidən aşağıdır - Qiymətlər DÜŞDÜ
16.09.2026 18:52 Dünya

ABŞ-də kommersiya neft ehtiyatları həftə ərzində 0,6 milyon barel azalaraq sentyabrın 11-nə 423,4 milyon barel təşkil edib.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildiriblər ki, ehtiyatların hazırkı həcmi ilin bu dövrü üçün son beş ilin orta göstəricisindən 5% aşağıdır.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 18:30-a olan məlumata görə, Londonun ICE birjasında 2026-cı ilin noyabr tədarüklü "Brent" markalı neftin fyuçers qiyməti 1,68% azalaraq bir barel üçün 106,92 dollara, WTI neftinin oktyabr fyuçersinin dəyəri isə 2,25% azalaraq 103,34 dollara düşüb.

Aysel Mətləb

XƏBƏR LENTİ
16 SENTYABR 2026
Bütün Xəbərlər