“Yalnız Red Bull belə bir şey düşənə bilərdi” - Ferstappen yarış öncəsi danışdı

“Yalnız Red Bull belə bir şey düşənə bilərdi” - Ferstappen yarış öncəsi danışdı
16.09.2026 17:04 İdman

“Formula-1” üzrə dördqat dünya çempionu Maks Ferstappen Silverstounda keçiriləcək qeyri-adi kartinq yarışında iştirakı ilə bağlı fikirlərini bölüşüb. 

TodayPress TV xəbər verir ki, niderlandlı pilot 100 rəqiblə mübarizə aparacaq.

Ferstappen mübarizəyə sonuncu pillədən başlayacaq və bütün rəqiblərini geridə qoymağa çalışacaq. Təcrübəli pilot yarış öncəsi “Red Bull”un mətbuat xidmətinə bildirib:

“4 yaşımdan 15 yaşıma qədər kartinqlə məşğul olmuşam, ona görə də bu, köklərimə qayıtmaq və avtosportdakı yolumun hardan başladığını xatırlamaq üçün əla fürsətdir. Trasa çatanda əsas diqqət marşrutu öyrənməyə və kartın yolla yapışma səviyyəsinə alışmağa yönələcək. Düşünürəm ki, ritmə rahat qayıdacağam.

Bilirəm ki, bəzi iştirakçılar çox sürətli olacaq və hamı yarışa ciddi köklənəcək. Bütün bu xaosun gözlərim önündə necə yaşanacağını izləmək çox maraqlı və həyəcanlı olacaq. 100 nəfərlə yarışmaq asan deyil, sıxlıqdan mümkün qədər tez sıyrılmaq üçün səbir tələb olunacaq. Bir neçə ildır ki, kart sükanı arxasına keçmirəm, ona görə də qayıdıb nəyə qadir olduğumu görmək maraqlı olacaq. Amma keçməli olduğum çoxlu rəqib var. Görək necə olur!”. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
16 SENTYABR 2026
Bütün Xəbərlər