Səudiyyə husilərə nə qədər tab gətirəcək ? - AÇIQLAMA

Səudiyyə husilərə nə qədər tab gətirəcək ? - AÇIQLAMA
16.09.2026 18:19 Təhlil

Husilər  Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirdi.  

Sual yaranır, Səudiyyə Ərəbistanı Bab əl-Məndəb boğazına yaxın ərazilərdə husilərin mövqelərinin güclənməsi ilə uzun müddət yaşaya bilərmi? Riyadın husiləri tamamilə sıradan çıxarmaq əvəzinə onları məhdudlaşdırmağa yönəlmiş siyasəti gələcəkdə Səudiyyənin Bab əl-Məndəb üzərindəki strateji təsirinin zəifləməsinə səbəb ola bilərmi?

Sözügedən mövzu ilə bağlı politoloq Sədrəddin Soltan TodayPress TV-yə danışıb.  


O qeyd edib ki, ötən gün Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salman Misirə səfər edib. Səfər çərçivəsində Bab əl-Məndəb boğazı ilə bağlı məsələlər də müzakirə olunub.  

O nəzərə çatdırıb ki, Misir də bu məsələyə imkanları daxilində müdaxilə etməli olacaq.

Politoloq digər tərəfdən, Yəmənlə bağlı prosesə ABŞ-nin müdaxiləsinin də gözlənilən olduğunu deyib:

"Səudiyyə Ərəbistanının əsas neft ixrac marşrutlarından biri bu boğazdan keçir. Eyni zamanda, Süveyş kanalına gedən əsas dəniz yolu da Bab əl-Məndəb boğazından keçir.  Odur ki, husilərin bu akvatoriyaya uzun müddət nəzarət etməsi ehtimalı azdır". 

Analitik bildirib ki, əgər bu vəziyyət uzun müddət davam edərsə,  husilərə kənar dəstəyin olması ehtimalı artır:

"Xüsusilə Çin, Rusiya və İran tərəfindən verilən dəstək burada nəzərə alına bilər. Bab əl-Məndəb boğazına husilərin nəzarət etməsi regionda vəziyyəti gərginləşdirməklə yanaşı, qlobal ticarətə də mənfi təsir göstərir. Odur ki, cəbhələrdə husilərə qarşı hərbi əməliyyatların başlanacağı da istisna edilmir". 

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
16 SENTYABR 2026
Bütün Xəbərlər