İran ABŞ ilə bağlı “köhnə kartı” yenidən çıxardı - Əraqçidən AÇIQLAMA
İran ABŞ ilə münaqişənin nizamlanması üçün diplomatik yola qayıtmağın tərəfdarıdır və ölkələr arasında əvvəllər imzalanmış İslamabad memorandumunu qüvvədə hesab edir.
TodayPress TV xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Van İ ilə görüşdə İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi bəyan edib.
“İran münaqişənin davam etməsində maraqlı deyil və nizamlanmanın diplomatik yoluna qayıtmağı gözləyir. İran tərəfi hesab edir ki, ABŞ və İran arasında qarşılıqlı anlaşma memorandumu qüvvədə qalır”, - deyə İran lideri bildirib.
Eyni zamanda, Əraqçi Tehranın öz hüquq və maraqlarını qorumaqda maraqlı olduğuna diqqət çəkib. Daha sonra o, ÇXR Sədri Si Cinpinin Yaxın Şərqdə sülh və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş təşəbbüslərinə dəstək ifadə edib. İranın xarici işlər naziri bu istiqamətdə Pekinlə əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu bildirib və onun regional təhlükəsizliyin təmin edilməsində artıq nümayiş etdirdiyi mühüm rolu vurğulayıb.
Aysel Mətləb