53 illik həsrətə son: Caka “Sanderlend”lə yeni tarix yazmaq niyyətindədir
İngiltərənin “Sanderlend” klubunun kapitanı Qranit Caka komandasının 1973-cü ildən bəri ilk dəfə iştirak edəcəyi avrokubok oyunu öncəsi fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, təcrübəli yarımmüdafiəçi tarixi oyun öncəsi UEFA-nın rəsmi saytına açıqlamasında bildirib:
“Biz bu anı xüsusi etmək istəyirik, çünki buna layiq olmuşuq. Anın dadını çıxarmağı bacarmaq, eyni zamanda keçdiyimiz yolu unutmamaq lazımdır. İndi qeyri-adi nəsə etməyə çalışmaq lazımsızdır - sadəcə ötən mövsüm olduğumuz komanda kimi qalmalıyıq. Keyfiyyətimiz var və nəyi artırmalı, nəyi isə əvvəlki kimi saxlamalı olduğumuzu yaxşı bilirik.
Avropa Liqası bizim üçün ciddi sınaqdır. Mən artıq bu turnirin finalında ("Bayer Leverkuzen"in heyətində) oynamışam. Arzumuz bu klubla da daha bir finala yüksəlməkdir. Avropa arenasında çıxış etməkdən və qitənin ən yaxşı komandaları ilə mübarizə aparmaqdan gözəl heç nə ola bilməz”.
Qeyd edək ki, “Sanderlend” Avropa Liqasının ümumi mərhələsinin I turunda Niderlandın “AZ Alkmaar” komandasını qəbul edəcək. Qarşılaşma “StediUM of Layt” stadionunda baş tutacaq.
Namiq HUN