Vaşinqton husilərlə “səssiz diplomatiyaya” başladı - Gizli görüşün DETALLARI

Vaşinqton husilərlə “səssiz diplomatiyaya” başladı - Gizli görüşün DETALLARI
16.09.2026 18:28 Dünya

Keçən həftəsonu amerikalı rəsmilər Omanda Yəmənin "Ənsar Allah" (husilər) hərəkatının nümayəndələri ilə görüşüblər.

TodayPress TV xəbər verir ki, bu barədə sentyabrın 16-da "Reuters" agentliyi vəziyyətlə tanış olan beş mənbəyə istinadən məlumat yayıb.

"Təfərrüatları açıqlanmayan görüş Maskatdakı ABŞ səfirliyində baş tutub", - deyə üç mənbə anonimlik şərti ilə qeyd edib.

Digər iki mənbə vurğulayıb ki, uzun müddətdir regional vasitəçi kimi çıxış edən Oman hökuməti bu görüşün təşkilinə kömək edib.

Bildirilib ki, görüşdə husilər ABŞ rəsmilərinə Amerika gəmilərinə hücum etmək niyyətində olmadıqlarını və Vaşinqtonla 2025-ci ildə əldə olunmuş atəşkəs rejiminin qorunmasına sadiq qaldıqlarını bəyan ediblər.

Mənbələrin məlumatına görə, Amerika tərəfini səfirlik əməkdaşları təmsil ediblər. Husilərin nümayəndə heyətinə Maskatdan olan yüksəkvəzifəli şəxs, ABŞ sanksiyaları altında olan Məhəmməd Əbdülsalam daxil olub. Başqa bir mənbə Əbdülsalamın, həmçinin husilərin digər yüksəkvəzifəli rəsmisi Əbdülmalik əl-Əcirinin də görüşdə iştirak etdiyini təsdiqləyib.

Aysel Mətləb

XƏBƏR LENTİ
16 SENTYABR 2026
Bütün Xəbərlər