ABŞ İranı xəritədən siləcək addım atır - 3 milyardlıq cəbbəxana

ABŞ İranı xəritədən siləcək addım atır  - 3 milyardlıq cəbbəxana
16.09.2026 16:48 Dünya

ABŞ İsrailə 2,8 milyard dollar dəyərində yeni silah paketi çərçivəsində 40 minə yaxın ağır bomba göndərməyi planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ rəsmilərinə istinadən məlumat yayılıb. Paketə 900 kiloqramlıq Mk84 və BLU-117 bombalarının daxil olacağı bildirilir.

Eyni tipli bombaların Qəzzada mülki itkilərə səbəb ola biləcəyi ilə bağlı narahatlıqlar Bayden administrasiyası dövründə onların İsrailə göndərilməsinin dayandırılmasına səbəb olmuşdu. Donald Trampın hakimiyyətə qayıtmasından sonra isə bu məhdudiyyət aradan qaldırılıb.

Razılaşmanın əsas hissəsinin ABŞ-nin xarici hərbi maliyyələşdirmə proqramı hesabına ödənilməsi nəzərdə tutulur.

Jalə Rövşən 

XƏBƏR LENTİ
16 SENTYABR 2026
Bütün Xəbərlər