Paşinyan hərbi baza məsələsində “topu” Rusiyaya atdı - “Qərar versələr...”

Paşinyan hərbi baza məsələsində “topu” Rusiyaya atdı - “Qərar versələr...”
16.09.2026 18:03 Dünya

Ermənistan heç vaxt Rusiya hərbi bazasının çıxarılması məsələsini qaldırmayıb.

TodayPress TV xəbər verir ki, bunu parlamentdə hökumətlə sual-cavab zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib.

Sualı hakim qüvvənin deputatı Roman Hambardzumyan qaldıraraq bunu “Ermənistan müxalifəti sahibsiz qala biləcəyindən narahatdır” kimi ifadə edib.

Suala cavab verərkən Paşinyan bildirib ki, 2018-ci ildən bəri Rusiya Prezidenti Vladimir Putin və digər yüksəkrütbəli şəxslərlə ünsiyyətdədir və Ermənistan tərəfindən heç vaxt hərbi bazanın çıxarılması məsələsi qaldırılmayıb, ümumiyyətlə Ermənistanın heç bir nümayəndəsi belə bir məsələ qaldırmayıb.

Daha sonra Paşinyan Bişkekdən qayıtdıqdan sonra Rusiya Prezidentinin “Əgər Ermənistan bazanın çıxarılmasını istəyirsə, biz çıxaracağıq” məzmunlu bəyanatını gördüyünü qeyd edib:

“Sonra brifinqdə jurnalistlər soruşurlar və mən deyirəm ki, Ermənistan heç vaxt bazanın çıxarılması məsələsini qaldırmayıb, amma Rusiya çıxarmağa qərar verərsə, Ermənistan etiraz etməyəcək. Çünki bazanın olması Ermənistan Respublikası üçün həyati əhəmiyyət daşımır. Əgər Rusiya bazanı saxlamaq istəyirsə, biz müzakirə etməyə hazırıq. Bütün məsələ və bəyanatlar bundan ibarətdir: nə az, nə çox”.

Aysel Mətləb

XƏBƏR LENTİ
16 SENTYABR 2026
Bütün Xəbərlər