Transfer davasında yeni mərhələ: Alvares öz taleyini özü həll edəcək
Maddridin “Atletiko” klubu hücumçu Xulian Alvaresin müqaviləsindəki sərbəstqalma məbləğini bir şərtlə azaltmağa hazırdır.
TodayPress TV xəbər verir ki, bu barədə "El Chiringuito" nəşri məlumat yayıb.
Bildirilir ki, “qırmızı-ağlar”ın baş direktoru Migel Anxel Xil Marin 26 yaşlı futbolçuya söz verib ki, əgər o, 2026/2027-ci illər mövsümündə bütün turnirlərdə ən azı 20 qol vurarsa, klubu tərk etməsi üçün tələb olunan təzminat məbləği endiriləcək.
Yazda “Barselona”nın Alvareslə yaxından maraqlandığı və futbolçunun da komandanı dəyişmək niyyətində olduğu bildirilirdi.
Ötən mövsüm argentinalı hücumçu “Atletiko”nun heyətində 49 matçda 20 qol vurub və 9 məhsuldar ötürmə edib. Ondan əvvəlki mövsümdə isə Alvares 57 oyunda 29 qol və 8 assistlə yadda qalmışdı.
Namiq HUN