Erməni mediası əli 80 əsgərimizin qanına batan erməni qadınlarının fotosunu paylaşdı

Erməni mediası əli 80 əsgərimizin qanına batan erməni qadınlarının fotosunu paylaşdı
14.09.2026 16:44 Təhlil

2022-ci ilin sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədildi.

Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid oldu.

O zaman hadisə ilə bağlı xəbəri yayan Müdafiə Nazirliyi sonda qeyd edirdi ki, “Şəhidlərimizin qanı yerdə qalmadı”.

O döyüşlərdə Azərbaycan tərəfi ümumilikdə 80 hərbçisini şəhid verdi. 

Ümumi məlumatlarda isə bildirilirdi ki, Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur.

Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi.


Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.

Təhlillər göstərir ki, 2022-ci il sentyabrın 12-dən 15-nə keçən gecə və sonrakı günlərdə Ermənistan–Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmalar zamanı Azərbaycan Silahlı Qüvvələrinin ümumilikdə 80 hərbi qulluqçusu şəhidlik zirvəsinə ucalmışdır (onlardan 79-u döyüş əməliyyatları gedişində, 1-i isə aldığı xəsarətlərdən sonra müalicə olunduğu hospitalda şəhid olmuşdur).

Şəhid olan hərbçilərin tərkibinə nəzər yetirdikdə 14 nəfərin zabit (2 kapitan, 4 baş leytenant, 8 leytenant), 19 nəfərin gizir heyəti (4 baş gizir, 11 gizir, 4 kiçik gizir), 27 nəfərin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ – çavuş və əsgərlər), 20 nəfərin isə müddətli həqiqi hərbi xidmət keçən sıravi əsgər (çağırışçı) olduğu görülür; rütbə təsnifatına görə isə ümumilikdə əsgər heyətinin ümumi sayı 43 nəfər təşkil edir.

Döyüş təcrübəsi baxımından həmin hərbçilərin 32 nəfəri 2020-ci ilin 44 günlük Vətən müharibəsi iştirakçısı olmuş, müxtəlif döyüş orden və medalları ilə təltif edilmiş şəxslər idi. Demoqrafik və ailə vəziyyəti göstəricilərinə görə, şəhidlərimizin mütləq əksəriyyəti – təxminən 58–60 nəfəri subay (o cümlədən 25 nəfəri 18–20 yaşlarında gənc çağırışçılar), əsasən zabit, gizir və təcrübəli müqaviləli hərbçilərdən ibarət olan 20–22 nəfəri isə evli və ailə başçısı idi.

Şərh: Maraqlıdır, üzərindən dörd il ötüb və artıq Azərbaycanda 2022-ci il döyüşlərini, bəlkə elə şəhidlərini də xatırlayan çox az adam ola bilər. Təbii ki, o şəxslərin yaxınlarından başqa, elə bizim özümüzə də tarixi məlumatları verən  Vikipediya resursu oldu.

Lakin bu tarixi bizə xatırladan isə SisMasis – erməni feysbuk səhifəsi oldu – həmin gecə Azərbaycana qarşı, yatmış əsgərlərə qarşı xaincəsinə hücum edən düşmən qüvvələrinə göstərilən müqavimət sonrası 5 erməni qadın muzdlu hərbçisi öldürüldü.

Və dünən ermənilər onları xatırladan çoxsaylı infolar tirajladılar.

Ermənistan Müdafiə Nazirliyinin rəsmi məlumatına görə həlak olan qadın hərbi qulluqçular:

Alisa Melkonyan

Anuş Apetyan 

İrina Qasparyan

Qayane Abqaryan

Susanna Qriqoryan


Əgər savaş bitibsə ki, bitib, bu cür paylaşımları etməmələri daha yaxşıdır, etmələrində isə böyük bir ayıb, qisas və nifrəti təzə saxlamaq cəhdi var. Məqsəd nədir? Sonra ilk imkanda qisas almaq?

İsmayıl Şahlı

FOTOLAR

Erməni mediası əli 80 əsgərimizin qanına batan erməni qadınlarının fotosunu paylaşdı — 1
XƏBƏR LENTİ
14 SENTYABR 2026
Bütün Xəbərlər