KTMT Özbəkistanla əməkdaşlıq edəcək
"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Özbəkistanla əməkdaşlıq imkanlarını nəzərdən keçirir".
TodayPress TV xəbər verir ki, bu barədə KTMT-nin baş katibi Taalətbek Masadikov bildirib.
Onun sözlərinə görə, təşkilat üzv olmayan ölkələrlə, xüsusilə də Özbəkistanla siyasi dialoqun genişləndirilməsində perspektiv görür.
Masadikov qeyd edib ki, gələcəkdə Özbəkistanın KTMT-də tərəfdaş və ya müşahidəçi statusu alması mümkün ola bilər.
Qeyd edək ki, Özbəkistan 2012-ci ildə KTMT-dəki üzvlüyünü dayandırıb. Buna baxmayaraq, ölkə ilə təşkilat arasında ikitərəfli əlaqələr davam edib.
Türkan İsgəndərli