Rus qızı ilə "Tinder"də tanış olan NATO zabiti qurumu Rusiyaya qurban etdi
NATO-da Rusiya sualtı qayıqları və hərbi gəmilərinin izlənməsinə cavabdeh olan ispan zabitin "Tinder" vasitəsilə tanış olduğu rus qadınla münasibəti alyans daxilində təhlükəsizlik narahatlığı yaradıb.
TodayPress TV xəbər verir ki, rus qadının Rusiya adından casusluq edə biləcəyi ilə bağlı şübhələrdən sonra zabit tutduğu vəzifədən uzaqlaşdırılıb və İspaniyaya geri göndərilib.
Hadisə ilə bağlı NATO və İspaniya tərəfindən təhlükəsizlik araşdırmasına başlanılıb. Araşdırmada zabitin münasibətinin NATO-nun məxfi məlumatlarına çıxış və alyansın Rusiya hərbi fəaliyyətini izləmə imkanları baxımından hər hansı risk yaradıb-yaratmadığı araşdırılır.
Jalə Rövşən