Dubay əmiri "meşoklarla" pulu İrana daşıdı - Ölkə xilas edildi

Dubay əmiri "meşoklarla" pulu İrana daşıdı - Ölkə xilas edildi
14.09.2026 16:25 Dünya

İran və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında gərginliyin aradan qaldırılması ilə bağlı razılaşma əldə olunduğu iddia edilir.

TodayPress TV xəbər verir ki, iddialara əsasən, BƏƏ İranla aparılan danışıqlar nəticəsində ölkənin, xüsusilə də Dubayın İran tərəfindən hücuma məruz qalmayacağına dair zəmanət alıb.

Bu razılaşmanın əldə olunmasında BƏƏ-nin İrana müəyyən maliyyə güzəştləri və ya ödənişlər etdiyi də iddia olunur.

Məlumata görə, atəşkəsdən sonra İranın nə İsrailə, nə də BƏƏ-yə qarşı hərbi zərbə endirməməsi əldə olunan anlaşmanın əsas nəticələrindən biri kimi qiymətləndirilir.

BƏƏ-nin həmçinin İran və İsrail arasında vasitəçilik etdiyi və Tehrana müəyyən maliyyə təklifləri verdiyi barədə iddialar səsləndirilir.

Qeyd edək ki, İran tərəfinin BƏƏ ilə münasibətlərə dair açıqlamasında isə “BƏƏ ilə bağlı bütün problemlərimiz geridə qalıb” ifadəsi yer alıb.

Jalə Rövşən 

XƏBƏR LENTİ
14 SENTYABR 2026
Bütün Xəbərlər