“Neftçi” öz yetirməsinə güvəndi: Yarımmüdafiəçi ilə yeni müqavilə

“Neftçi” öz yetirməsinə güvəndi: Yarımmüdafiəçi ilə yeni müqavilə
14.09.2026 17:10 İdman

“Neftçi” klubu yarımmüdafiəçi Emil Səfərovla müqavilənin müddətini uzadıb.

TodayPress TV xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

23 yaşlı futbolçu ilə “2+1” illik yeni sözləşmə imzalanıb.

2024-cü ildən Bakı klubunda çıxış edən futbolçu bu müddət ərzində bütün turnirlərdə daxil olmaqla 50 oyunda meydana çıxıb, 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

“Neftçi”nin Baş İcraçı Direktoru Cenk Sümer klubun yetirməsi haqqında fikirlərini bölüşüb:

“Emil Səfərov xarakteri, potensialı və göstərdiyi performansla həm klubumuza, həm də Azərbaycan millisinə mühüm töhfələr verə biləcək futbolçudur. Birlikdə olduğumuz bu 2 il ərzində Emilin daim inkişaf etmək istəyinin, əzmkarlığının, klubuna və azarkeşlərimizə olan sevgisinin yaxından şahidi olduq. Gələcəkdə həm “Neftçi”yə, həm də Azərbaycan futboluna verəcəyi töhfələri nəzərə alaraq, onunla müqavilənin müddətini uzatmaq qərarına gəldik. Ona “Neftçi”də və Azərbaycan millisindəki karyerasında uğurlu, parlaq günlər arzulayırıq”.

Namiq HUN

TodayPress TV

FOTOLAR

“Neftçi” öz yetirməsinə güvəndi: Yarımmüdafiəçi ilə yeni müqavilə — 1
“Neftçi” öz yetirməsinə güvəndi: Yarımmüdafiəçi ilə yeni müqavilə — 2
“Neftçi” öz yetirməsinə güvəndi: Yarımmüdafiəçi ilə yeni müqavilə — 3
“Neftçi” öz yetirməsinə güvəndi: Yarımmüdafiəçi ilə yeni müqavilə — 4
XƏBƏR LENTİ
14 SENTYABR 2026
Bütün Xəbərlər