San-Marinoda Markes fırtınası: İspan ulduz çempionluq yarışını alt-üst etdi

San-Marinoda Markes fırtınası: İspan ulduz çempionluq yarışını alt-üst etdi
14.09.2026 17:18 İdman

“Ducati” komandasında çıxış edən 33 yaşlı ispaniyalı motoyarışçı, doqquzqat "MotoGP" çempionu Mark Markes 2026-cı il mövsümündə çempionatın liderindən olan 102 xallıq geriliyi aradan qaldıraraq seriyanın yeni rekordunu müəyyənləşdirib.

TodayPress TV xəbər verir ki, San-Marino Qran-prisində qazandığı qələbədən sonra Markes şəxsi hesabatda birinci pilləyə yüksəlib. 

O, “Aprilia” komandasının heyətində çıxış edən digər ispaniyalı çempion Xorxe Martinlə xallarını bərabərləşdirib. Hər iki pilotun aktivində 274 xal var. Siyahıda üçüncü yeri 241 xalla italiyalı Marko Bedzekki (“Aprilia”) tutur.

Qeyd edək ki, mövsümün sonuna daha səkkiz mərhələ qalıb. Növbəti Qran-pri Avstriyanın Şpilberq trekində keçiriləcək. 

Mövsümə noyabrın 29-da İspaniyanın Valensiya şəhərində yekun vurulacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
14 SENTYABR 2026
Bütün Xəbərlər