Pilotlar arasında tras mübahisəsi: Rassell qrafik sıxlığından gileyləndi
“Mercedes”in britaniyalı pilotu Corc Rassell “Red Bull”un heyətində çıxış edən “Formula-1” üzrə dördqat dünya çempionu Maks Ferstappenin pilotların tras layihələndirilməsinə cəlb olunması haqqında sözlərinə cavab verib.
TodayPress TV “RacingNews365” nəşrinə istinadən xəbər verir ki, Rassell bu təklifin praktiki baxımdan reallaşmasının çətin olduğunu vurğulayıb:
“Bəli, amma hamımız kifayət qədər eqoistik, heç kim buna vaxt sərf etmək istəmir. Sıx qrafikimiz var, bir çox məhdudiyyətlər mövcuddur… Və əgər trasın konfiqurasiyasına diqqətlə baxsanız, anlayarsınız ki, əslində nəyisə dəyişmək o qədər də mümkün deyil”.
Xatırladaq ki, daha əvvəl Ferstappen "Madring" trasını kəskin tənqid edərək layihələndirmə prosesinə mütləq pilotların cəlb olunmalı olduğunu bildirmişdi.
Namiq HUN